Dünən Kürdəmir rayonunda hamilə qadını güllələyən şəxsin kimliyi məlum olub.
Aranxeber xəbər verir ki, kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək, əməliyyat olunub.
R.Mövlayev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb
Xatırladırıq ki, hadisə rayonun Sığırlı kəndində baş verib.



