Kürdəmir rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
aranxeber.com xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Arzu Rzayev Kürdəmir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Rzayev bu vaxta qədər Siyəzən rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub.



