Baş Hadisə Region

Döyüşlərində könüllü iştirak etməsinə baxmayaraq indiyədək müharibə veteranı olduğunu sübut edə bilmir

Bərdə sakininin dediyinə görə, Qarabağ döyüşlərində könüllü iştirak etməsinə baxmayaraq o, müharibə veteranı olduğunu sübut edə bilmir

Bu gün Bərdə rayonu Soğanverdilər kənd sakini Arif Maarif oğlu Qarayev redaksiyamıza müraciət edərək bildirdi ki, o, Qarabağ döyüşlərində könüllü iştirak etməsinə baxmayaraq Qarabağ veteranı statusunu ala bilmir.

aranxeber.com xəbər verir ki, A. Qarayevin dediyinə görə, dəfələrlə aidiyyatı orqanlara (Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Prezident Aparatı və s.)  rəsmi məktubla və elektron qaydada müraciət etsə də, ona müsbət cavab verilməyib. Arif Qarayev bildirir ki, bütün sənədlərinin qaydasında olmasına baxmayaraq onun müraciəti rədd edilib.

O, qeyd etdi ki, bir neçə dəfə Prezident Aparatında görüşdə də olub. Ancaq, problem öz həllini tapmayıb. İş o yerə çatıb ki, mərhum prezident Heydər Əliyevə də məktub yazıb. Dəfələrlə mətbuatda onun haqqında informasiyaların verilməsinə baxmayaraq problemi həll olunmur.

Vətəndaşın bizə göndərdiyi sənədlərdən bəzilərini sizlərlə bölüşürük.