Hadisə Mingəçevir Region

Mingəçevirdə yataqxana yandı

Mingəçevirdə yanğın baş verib.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Sakinlər təhlükəsiz əraziyə çıxarılıb və alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.