Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb.
aranxeber.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələnin qeydə alındığı ilk andan etibarən 43 nəfər dağıntılar altından sağ çıxarılıb.
Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.



