Baş Kriminal Region

Dağlıq Qarabağda iki erməni hərbçi naməlum şəraitdə güllələnib

Bu gün səhər saatlarında Dağlıq Qarabağda iki hərbçi güllələnib.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum şəraitdə baş verib.  

Güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır.

Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağır qiymətləndirilir.