İmişli rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin hüznlə yad edilmişdir.
aranxeber.com xəbər verir ki, rayonun bütün idarə, müəssisə və təşkilatlarında 20 Yanvar – Ümumxalq Hüzn Günü Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin rəmzi kimi qeyd olunmuşdur.
Yanvarın 17-də rayonun ümumtəhsil məktəblərində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir. Yanvarın 20-də isə rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayrağı endirilmişdir.
B gün səhər saatlarından başlayaraq rayonun rəhbər işçiləri, minlərlə sakin İmişli şəhərinin mərkəzindəki 20 Yanvar abidə kompleksinin önünə əklillər və gül dəstələri düzərək azadlıq mücahidlərinə xatirəsinə hörmət və ehtiramlarını ifadə etmişlər.



