Baş Hadisə Region

İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. 

aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də rayonun Qaralar kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Yalavac kənd sakini M.Orucov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. 

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev saxlanılıb. 

Araşdırma aparılır.