1 yanvar 2020-ci il tarixindən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu məsələ 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.
Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində də bir sıra addımlar atıb. Bu addımlar nəticəsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.



