Baş Hadisə Region

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

aranxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Şirvanın girişində qeydə alınıb. Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun idarə etdiyi “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Bunlar Salyan rayon Marışlı kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri – 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər (sürücü) oğludur.

Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.