Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, saat 17:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 15792 nəfər (40.89%) səs verib.
Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsidir. Burada 7778 (23.32%) nəfər səs verib.
Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı 30.57 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfəri səs verib.