Baş Ölkə Sağlamlıq

Hande Harmancıdan həyəcan təbili: “Koronavirus bu il bitməyəcək”

“Virus günəş şüaları altında sürətlə inaktiv olur. Lakin yayın gəlməsi ilə virusun yox olacağını düşünmək düzgün deyil”. 

Aranxeber Oxu.az-a istinadən xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. 

Onun sözlərinə görə, xəstəlik isti ölkələrdə də yayılır. 

“Amma payız aylarında yoluxucu xəstəliklər də aktivləşir. Buna görə koronavirusun yenidən yayılması mümkündür. Bu il bu xəstəlik bitməyəcək. Bunu hər kəs bilməlidir”.