Səhiyyə Nazirliyi Yasamal rayonunda baş verən silahlı insident barədə məlumat yayıb.
aranxeber.com xəbər verir ki, Nazirlikdən daxil olan məlumata görə, hadisədən sonra xəstəxanaya 2 kişi çatdırılıb. Onlardan biri – 30 yaşlı kişi döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə, digəri – 32 yaşlı kişi isə sağ baldırın odlu silah yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Xatırladaq ki, Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində naməlum şəxs tərəfindən tapança ilə güllələnib. Hadisə zamanı sərnişini İlkin Babayev də yaralanıb.



