Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Daewoo” markalı avtomobil vurub.
Ağır xəsarət alan 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



