İmişli sakini ov zamanı güllə yarası alıb.
aranxeber.com “Report”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Sarı Su gölünün İmişli ərazisində olan hissəsində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Mahmudov Hikmət Güloğlan oğlunun əlindəki İJ-58 markalı tüfəngdən atılan güllə həmyerlisi, 1984-cü il təvəllüdlü Yaqubov Samir Yusif oğlunun bud nahiyəsinə dəyib. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilərək Reanimasiya Şöbəsinə yerləşdirilib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.



