Baş Ölkə

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr dəyişikliyi etdi.

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr dəyişikliyi edir.

aranxeber.com xəbər verir ki, bu barədə APA informasiya agentliyi məlumat yayıb. 

Ə.Əsədovun sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.

Kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.
Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarılıb.

Bundan başqa, Ə.Əsədovun sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş  Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib