Baş Region

İmişli də kanalizasiya problemi?

aranxeber.com xəbər verir ki, İmişli şəhərinin bəzi küçələrində xeyli sayda üstüaçıq kanalizasiya quyuları var. Bir çox yerlərdə isə həyətlərdən küçəyə çirkab suları axıdılır.

İsti havaların başlaması küçəyə axıdılan çirkab sularının fəsadını daha da artırır. Bu da problemin tezliklə həll edilməsini zəruri edir. Özü də bir çox yerlərdə həyətdən kənarda-küçədə olan quyuların üstü açıqdır. Bu da təhlükəsizlik baxımından əlavə problem deməkdir.

İmişli Bələdiyyəsinin sədri Mehman İsmayılov bu problemin tezliklə həllinə  çalışacaqlarını bildirib: “Yaxın günlərdə tərəfimizdən belə problemi olan küçələrə baxış keçiriləcək. Əgər belə hallar varsa, təbii ki, bunu yaradan fərdi evlərin və ya digər müxtəlif təyinatlı binaların sahibləri cərimə olunacaqlar.”

 

[Best_Wordpress_Gallery id=”140″ gal_title=”Çirkli suyu küçəyə axıdılan və küçədəki üstüaçıq kanalizasiya quyularına qarşı nə vaxt tədbir görüləcək?”]