İyunun 22-si Bərdə şəhərində Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ofisində “Bərdə -Fransa Guşəsi “ adlı sosial biznes layihəsi çərçivəsində mərkəzin açılışı olub.
aranxeber.com saytına daxil olan məlumata görə, açılışda dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştirak edib.
Açılış mərasimində çıxış edən layihə rəhbəri Aybəniz Mirzəyeva , “Bərdə Fransa Guşəsi “ haqqında qonaqlara məlumat verərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi Sosial Sahibkarlığın təməl prinsiplərini əsas götürərək , məcburi köçkün və şəhid ailələrindən olan qadınlara təmənnasız xidmət göstərməkdir. Layihənin texniki məsələlər üzrə məsuliyyətli şəxsi isə Vəsilə Həsənovadır. Qeyd edək ki, “Fransa Guşəsi”-nin xidmətlərinə :
-Fransız
mədəniyyəti, ədəbiyyatı ilə tanışlıq
-Gənclər arasında asudə vaxtının səmərəli təşkili
-Oxu vərdişlərini aşılamaq üçün qiraət günlərinin təşkili
-Fransız dilinin tədrisi və danışıq klubları
-Fransız dilli mütəxəssislərin birliyinin yaradılması və onların peşəkar əmək fəaliyyətinə
cəlb edilməsi daxildir.
Daha sonra tədbirin fəxri qonaqlarından olan Bərdə rayon Gənclər İdarəsinin
rəis müavini Aydın Qasımov çıxış etdi. O da öz növbəsində: regionda ilk olacaq
Tədris Mərkəzinin əhəmiyyətini və səmərəliliyini vurğulamaqla yanaşı bir neçə
maraqlı töhfələr və məsləhətlərini verdi.
EDU
HUB-in aparıcı koordinatorlarından biri olan Namaz Kərimov da öz faydalı çıxışı
ilə yaddaşlarda qaldı.
Qeyd edək ki, “Bərdə Fransa Guşəsi” Tədris
Mərkəzi layihəsi Amerika Səfirliyinin dəstəyi ilə Education Hub təşkilatı tərəfindən
keçirilən SEL layihəsi çərçivəsində maliyyələşdirilir.




