Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, hadisə Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.
“Mercedes” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Samux rayon sakini 1966-cı il təvəllüdlü Musa Ömərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



