Baş Region

İmişlinin “Turan” komandası zona yarışında ikinci oldu

Beyləqan rayonunun  “I Şahsevən” kəndində  “Sərhəd” hərbi-idman oyununun zona mərhələsinə yekun vurulub. Yarış Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX), Təhsil Nazirliyi, Gənclər və İdman Nazırliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışda İmişli rayonunu Qızılkənd tam orta məktəbinin “Turan” komandası təmsil edib.

Bu barədə məlumatı aranxeber.com-a İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev verib. O, deyib ki, komandalar  hərbi-idman oyununun müxtəlif növlərində öz bacarıqlarını nümayiş etdiriblər. Onun sözlərinə görə, yarış iştirakçıları əsasən, oyunun “Sıra hazırlığı”, “Avtomatın sökülməsi və yığılması”, “Maskalanma” və digər mərhələlərində güclərini sınayıblar.

Yarışın yekun nəticəsinə əsasən, 1-ci yeri Beyləqanın “Araz”, 2-ci yeri İmişlinin “Turan”, 3-cü yeri isə Füzulinin “Ərgünəş” komandası qazanıb. Komandalar kubok, diplom və hədiyyələrlə mükafatlandırılıb.

1-ci yerin sahibi “Araz” komandası respublika mərhələsinə vəsiqə qazanıb.

[Best_Wordpress_Gallery id=”134″ gal_title=”İmişlinin “Turan” komandası zona yarışında ikinci oldu”]