Aprelin 1-də Dövlət İmtahan Mərkəzi İmişlidə sınaq imtahanı keçirib. 5 saylı məktəb-liseydə təşkil olunan imtahanda İmişli, Saatlı, Sabirabad, Füzuli, Cəbrayıl və digər ətraf rayonların ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri iştirak ediblər.
Sınaq imtahanı həm abituriyentlərin buraxılış və qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlamaq, həm də X sinif şagirdlərinin öz bilik və bacarıqlarını sınamaq məqsədilə keçirilib. İmtahanların keçirilməsində digər məqsəd isə şagird-abituriyentləri psixoloji cəhətdən həlledici imtahanlara hazırlamaq olub.
Bu barədə məlumatı “aranxeber.com”-a DİM-in İmişli rayonu üzrə səlahiyyətli nümayəndəsi Nazim Əzimov verib: “Bizim bölgəyə 545 nəfərlik yer ayrılmışdı. Yəni, bu qədər X-XI sinif şagirdləri sınaq imtahanında iştirak edə bilərdilər. Qeydiyyatdan isə İmişli də daxil olmaqla ətraf rayonların məktəblərindən olan
490 nəfər şagird keçmişdi. Bugünkü imtahanda elə bu qədər şagird-abituriyent biliyini yoxladı”.
Onun bildirdiyinə görə, sınaq imtahanının nəticələri yaxın günlərdə məlum olacaq.
[Best_Wordpress_Gallery id=”104″ gal_title=”DİM İmişlidə sınaq imtahanı keçirdi”]



