Hadisə İmişli Region

İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib 

İmişlidə yol qəzası baş verib. Avtomobil yoldan çıxaraq su kanalına düşüb və sürücü ölüb.

Qəza səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Cəlilabad sakini 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi 10-LO-183 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.