“Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına 6 müraciət daxil olub”.
aranxeber.com-ın “APA”-a istinadən verdiyi məlumata əsasən, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib: “Biz çalışırıq ki, müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olsa, bu, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir”.



