Qazax Regional İnkişaf Resursları İctimai Birliyi ,Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Qazax, Ağstafa və Tovuz rayonlarında icmaların sosial problemlərinin həllində vətəndaş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi” layihəsini həyata keçirir. Layihə çərçivəsində bu günlərdə Ağstafa rayonun üç icmasında-Poylu, Qıraq Kəsəmən və Aşağı Kəsəmən icmalarında icma üzvləri arasında təlim keçirilib. Bu barədə “Aran Xəbər”ə Qazax Regional İnkişaf Resursları İctimai Birliyindən məlumat verilib.
Təlimlərin əsas mövzuları, “İcmaların yerli problem ətrafında təşkilatlanması”,”İcma quruculuğu”, “Media, QHT və İcma əlaqələrinin effektiv qurulması yolları” olub.Təlimlərdə iştirak edən icma üzvləri yaşadıqları icmanın əsas problemlərini dilə gətiriblər. Poylu icmasının fəalları kəndin məktəbinin qəzalı vəziyyətindən, içməli və suvarma suyunun olmamasından,Qıraq Kəsəmən icmasının fəalları içməli və suvarma suyunun çatışmamasından, Aşağı Kəsəmən icma üzvləri isə,əsasən işməli suyun olmamasından, əhalinin içməli su ehtiyacının sub-artezian quyuları vasitəsilə ödənilməsindən, həmin suların isə duzluluğunun və codluğunun normadaan dəfələrlə yüksək olduğunu qeyd ediblər. İcma üzvləri Layihənin həyata keçirildiyinə görə, təşkilata və donora təşəkkürlərini bildiriblər. Onların problemlərinin işıqlandırılmasında və həllini tapmasında bu cür layihələrin də faydalı olacağı vurğulanıb