Bərdə Hadisə

İcra başçısı: “Düşmən istəyinə nail olmayıb, bunlar bizi sarsıda bilməz”

“Erməni silahlı qüvvələrinin Bərdəni atəşə tutduğu yer ticarət mərkəzləri olan ərazidir. Burada nəqliyyatın insevliyi çox olduğu üçün seçilib”.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 26 marketə, 30-a qədər maşına, infrastruktura, dövlət qurumlarına və evlərə zərər dəyib:

“Bilərəkdən insanların çox olduğu yerə raket atılıb. Hərəkətdə olan iki nəqliyyata qəlpə düşüb və insanlar həlak olub”.

O qeyd edib ki, 21 mülki şəxs vəfat edib, 70-ə yaxını yaralanıb:

“Ağır yaralılar var. Üç nəfər Bakı şəhərində yerləşən xəstəxanalara göndərilib. Yaralılardan digər rayonların xəstəxanasına da təxliyyə olunanlar var”.

“Düşmən istəyinə nail olmayıb. Bunlar bizi sarsıda bilməz. Biz ordumuzun gücünə inanırıq”, – deyə icra başçısı əlavə edib.