Hadisə

Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi istefaya göndərildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəisi, general-mayor Ohanes Karumyan istefaya göndərilib.

Bu barədə xəbəri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti yayıb.  

Lakin rəsmi məlumatda O.Karumyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.