Cəlilabadda oğurluq hadisəsi baş verib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakinləri Fazil Abdullayev, Şəmsəddin Kərimov və digər bir neçə nəfərə məxsus at və iribuynuzlu mal-qara son bir neçə gün ərzində həyətlərdən və otlaq sahəsindən aparılıb.
Zərərçəkmiş şəxslər deyib ki, kənddən ayrı-ayrı şəxslərə məxsus təxminən 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb.
Faktla bağlı artıq polisə məlumat verilib, araşdırma aparılır.



