Hacıqabulda qəzada yaralanan şəxslərin adları açıqlanıb.
Bunlar Göyçay sakini, 2000-ci il təvəllüdlü Əliyev Məhəmməd Cəfər oğlu, Füzuli sakini, 1988-ci il təvəllüdlü Əsədov Fürsət Həbib oğlu, Füzuli sakini, 1991-ci il təvəllüdlü Bədəlov Seyidşah Türkman oğlu, Füzuli sakini, 1975-ci il təvəllüdlü Nəsirov Mətləb Bəhlul oğlu və Göyçay sakini, 1969-cu il təvəllüdlü Əliyev Cəfər Məhəmməd oğludur. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində iki “Mercedes” toqquşub.
APA-nın məlumatına görə, qəza nəticəsində beş nəfər yaralanıb.
Yaralıların hamısı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan üçünün vəziyyəti ağırdır.



