Kriminal Region Yevlax

Yevlaxda 26 yaşlı oğlan öldürülüb

Yevlaxda qətl törədilib. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Rayon sakini, 1994-cü il təvəllüdlü Seyidov Ceyhun Məzahir oğlu bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İmişli Kriminal Region

İmişlidə bıçaqlanma hadisəsi olub

İmişli sakini yeznəsini bıçaqlayıb. Aranxeber  APA-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Qaralar kəndində 1998-ci il təvəllüdlü Əli Ələkbərli yeznəsi, 1990-cı il təvəllüdlü Cavid Məmmədovu bıçaqlayıb. Ə. Ələkbərli tutulub, onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlayıb.

Hacıqabul Kriminal Region

Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər tutuldu

Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər aşkar edilib. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan mətbuata verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxil olan məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları […]

Baş Kriminal Region

Oğul anasını qətlə yetirib

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.  Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xurel kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.    Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri […]

Baş Hadisə Kriminal Yevlax

Yevlaxda qətl törədən şəxsin məhkəməsi başlayır

Yevlax rayonunda qətl törətməkdə təqsirləndirilən Namiq Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Aranxeber Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nahid Mirsəzyevin icraatında olan iş üzrə hazırlıq iclası aprelin 17-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. 1985-cı il təvəllüdlü Cahangir Səfərovla, 1990-ci il […]