Baş Hadisə Kriminal Yevlax

Yevlaxda qətl törədən şəxsin məhkəməsi başlayır

Yevlax rayonunda qətl törətməkdə təqsirləndirilən Namiq Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Aranxeber Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirsəzyevin icraatında olan iş üzrə hazırlıq iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. 1985-cı il təvəllüdlü Cahangir Səfərovla, 1990-ci il təvəllüdlü N.Vəliyevlə aralarında mübahisə yaranıb.

Bu zaman N.Vəliyev C.Səfərovu bıçaqlayıb. O, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Vəliyevə Cianyət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.