Dünya İdman

“Barselona”dan 17 il sonra İspaniya çempionatına ən pis start

“Barselona” futbol üzrə İspaniya çempionatında ilk 15 oyuna 25 xal toplamaqla, 2003-cü ildən bəri ən pis startını edib. Bu barədə Championat.com məlumat yayıb. 16-cı turda “Eybar”la qarşılaşan “Barsa” meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Bu nəticə ilə “Barselona” 6-cı pillədə qərarlaşıb. Xatırladaq ki, 2003-2004-cü illər mövsümündə “Barselona” 14 oyuna cəmi 20 xal toplaya bilmişdi.

Dünya İdman

2021-ci ilin ulduz azad agentləri – FOTO

2021-ci ilin yayında klubları ilə müqaviləsi başa çataraq azad agent statusu alacaq ən yaxşı futbolçuların siyahısı açıqlanıb. Bu barədə “Sky Sports” məlumat yayıb. Siyahıya Lionel Messi (Barselona), Serxio Aquero (Mançester Siti), Serxio Ramos (Real Madrid), Mesut Özil (Arsenal), David Alaba (Bayern Münhen) kimi futbolçular daxil olub. Sözügedən futbolçular yanvarın birindən digər klublarla transfer danışıqlarına başlaya bilərlər.

Dünya

Çavuşoğlu: “Türkiyə Aİ-yə daxil olmağa hazırdır”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin 2020-ci ildəki xarici siyasəti barədə qiymətləndirmələr edib. “Haber Global” məlumat verir ki, o, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən də söz açıb: “Aİ ilə münasibətlərimizdə eniş-yoxuş oldu, xüsusilə Yunanıstan, Kiprin Yunanıstan tərəfi və Fransa ilə gərgin bir il oldu. Amma dekabr ayında “Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq” deyən ölkənin […]

Dünya İdman

PSJ Tuxelə altı milyon avro təzminat ödəyəcək

PSJ klubu baş məşqçi Tomas Tuxellə yollarını ayırdığı üçün altı milyon avro təzminat ödəyəcək. Bu barədə “Bild” məlumat yayıb. Nəşr qeyd edir ki, Tuxel Paris klubunda 7.5 milyon avro maaş alırdı. Artıq baş məqçinin xidmətində “Çelsi” klubunun maraqlı olduğu da qeyd edilir. Xatırladaq ki, PSJ kluunun yeni baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettino olacaq.