“Barselona” futbol üzrə İspaniya çempionatında ilk 15 oyuna 25 xal toplamaqla, 2003-cü ildən bəri ən pis startını edib.
Bu barədə Championat.com məlumat yayıb.
16-cı turda “Eybar”la qarşılaşan “Barsa” meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Bu nəticə ilə “Barselona” 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, 2003-2004-cü illər mövsümündə “Barselona” 14 oyuna cəmi 20 xal toplaya bilmişdi.



