PSJ klubu baş məşqçi Tomas Tuxellə yollarını ayırdığı üçün altı milyon avro təzminat ödəyəcək.
Bu barədə “Bild” məlumat yayıb.
Nəşr qeyd edir ki, Tuxel Paris klubunda 7.5 milyon avro maaş alırdı. Artıq baş məqçinin xidmətində “Çelsi” klubunun maraqlı olduğu da qeyd edilir.
Xatırladaq ki, PSJ kluunun yeni baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettino olacaq.



