Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə yüksəlib. aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Qeyd olunub ki, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya isə ciddi ziyan dəyib. Bildirilib ki, xilasedicilər dağıntılar altından 45 nəfəri xilas ediblər. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Dünya
Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatıb, 1466 yaralı var
Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb. aranxeber.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələnin qeydə alındığı ilk andan etibarən 43 nəfər dağıntılar altından sağ çıxarılıb. Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.
Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib – ÖLƏNLƏR VAR
Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib. aranxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda bu gün saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub. Baş verən güclü zəlzələ nəticəsində dörd nəfər ölüb. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu mətbuata […]
Rusiyanın ERMƏNİ ƏSİLLİ yeni baş naziri – Mixail Mişustin kimdir?
Vladimir Putinin gözlənilmədən hökuməti dəyişməsi bütün dünya KİV-lərinin əsas gündəm mövzularından birinə çevrilib. aranxeber.com azpolitika.info-ya istinadən xəbər verir ki, xarici mətbuatda Rusiya hökumətinin istefaya getməsinin səbəbləri, Putinin planları ilə yanaşı yeni baş nazirin kimliyi ətrafında da müzaklirələr açılıb. Məlum olduğu kimi, Putin uzun illər çiyin-çiyinə çalışdığı və onun hakimiyyətdə qalması üçün apardığı “əl dəyişmə əməliyyatlarının” əsas […]
Duma Mixail Mişustini Rusiyanın baş naziri vəzifəsinə təsdiqləyib
Rusiya Dövlət Duması Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. aranxeber.com “Report”a istinadən xəbər verir ki, Dumanın bu gün keçirilən növbədənkənar iclasında Rusiya Federal Vergi Xidmətinin rəhbərinin ölkənin baş naziri təyin olunmasının lehinə 383 deputat səs verib. Qərarın əleyhinə səs verən olmayıb, 41 deputat isə bitərəf qalıb. Qeyd edək ki, Dumanın Reqlament komitəsinin rəhbərinin təklifi ilə səsvermə elektron səsvermə sistemindən istifadə etməklə açıq keçirilib. Xatırladaq […]



