Çində koronavirus infeksiyası başlayandan sonra virus təxminən 150 dəfə dəyişib. Aranxeber Trend-ə istinadın xəbər verir ki, çinli alimlərin araşdırmalarına görə bu müddət ərzində virus daha aqressiv iki yarımtipə bölünüb Virusların 70 faizi L yarımtipinə, 30 faizi S yarımtipinə aid olub. Qeyd olunur ki, Uhan şəhərində virus təzə yayılarkən daha çox L yarımtipi qeydə alınıb. Alimlər […]
Dünya
İranın birinci vitse-prezidenti koronavirusa yoluxdu
İranın daha bir vitse-prezidentinə koronavirus diaqnozu qoyulub. “Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, ölkənin birinci vitse-prezidenti İsaq Cahangiridə koronavirus aşkarlanıb. Bildirilib ki, İranın hökumət rəsmisi ailəsi ilə birgə evdə karantin altındadır. Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. […]
Norveçdə koronavirusa ilk yoluxma qeydə alınıb
Norveçdə koronavirusa ilk yoluxma halı qeydə alınıb. AranXəbər İnterAz-a əsasən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, yoluxmuş şəxs ötən həftə Çindən qayıdıb. Onun ev şəraitində karantinə alındığı bildirilir. Qeyd edək ki, Norveçdə daha əvvəl təxminən 100 nəfər koronavirus şübhəsi ilə yoxlanılıb, lakin onların heç birində virus qeydə alınmayıb.
İranda koronovirusa görə məşhur müctehid və ailəsi karantinə alındı
AranXəbərin, Eastnews.org-a əsasən verdiyi xəbərə görə, İranda məşhur İslam alimlərindən Ayətullah Şubeyr Zəncaninin ofisinin nümayəndəsi koronvirusdan dünyasını dəyişib. Bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə, Ayətullah Şubeyr Zəncaninin dəftərxanasının baş icraçı və maliyyə direktoru Hacı Seyid Müctəba Fazilinin ölümündən sonra, ofisinin bütün üzvləri və qohumları müayinə üçün karantinə alınıblar. Hadisədən sonra Ayətullah […]
Türkiyədə içərisində turistlərin olduğu avtobus aşıb, 43 nəfər yaralanıb
Türkiyədə 43 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş verib. aranxeber.com apa-ya istinadən xəbər verir ki, hadisə Kayserinin Dəvəli rayonunda baş verib. Hadisənin baş verməsinə səbəb yolun buz bağlaması olub. Belə ki, Adanadan Kayserinin Erciyes Dağı Qış Turizmi mərkəzinə gedən turizm avtobusu aşıb. Xəstəxanalara çatdırılanlar arasında ağır yaralıların olduğu da bildirlib. Faktla bağlı araşdırmaya başlanıb.




