Dünya Sağlamlıq Sosial

Koronavirus təxminən 150 dəfə mutasiyaya uğrayıb – Çinli alimlər

Çində koronavirus infeksiyası başlayandan sonra virus təxminən 150 dəfə dəyişib.

Aranxeber Trend-ə istinadın xəbər verir ki, çinli alimlərin araşdırmalarına görə bu müddət ərzində virus daha aqressiv iki yarımtipə bölünüb

Virusların 70 faizi L yarımtipinə, 30 faizi S yarımtipinə aid olub.

Qeyd olunur ki, Uhan şəhərində virus təzə yayılarkən daha çox L yarımtipi qeydə alınıb. Alimlər qeyd edir ki, yanvar ayında L yarımtipi yayılması tezliyi azalmağa başlayıb.

Müşahidələr nəticəsində məlum olub ki, L yarımtipi S yarımtipi ilə müqayisədə daha aqressivdir. İnsan müdaxiləsi hər iki yarımtipin daha geniş yayılmasının qarşısını alıb.