Mingəçevirdə küçədə kişi meyiti aşkarlanıb. Hadisə 2O Yanvar küçəsi 1O ünvanındakı binanın qarşısında qeydə alınıb. Təxminən 39-4O yaşlarında olan kişinin küçədə öldüyü bildirilir. Şəxsiyyəti hələ ki məlum olmayan kişinin ölümünün səbəbi araşdırılır.
Mingəçevir
Mingəçevirdə “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilmişdir
26.07.2020-ci il tarixində Mingəçevirdə “Hər kəsə eyni baxaq“ adlı təşəbbüs komandasının təşkilatçılığı ilə “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilmişdir. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi. Aranxeber xəbər verir ki, müzakirədə Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova və “Müstəqil Həyat” İnkişaf və Dəstək […]
Mingəçevirdə yas mərasimi keçirənlər cərimələnib
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Aranxeber Daxil İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib. Polis Şöbəsinin əməkdaşları mərasimi başlamadan dayandırıb. Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə […]
Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb
Mingəçevirdə mənzildə meyit aşkar olunub. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Energetik yaşayış massivində qeydə alınıb. Naxçıvan küçəsi ev 40a, mənzil 42-də kimliyi hələ ki müəyyən edilməyən kişi meyiti aşkar edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Baş prokurordan yeni TƏYİNATLAR
Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib. Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş […]




