Prezident İlham Əliyev martın 12-də “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Aranxeber xəbər verir ki, sərəncama əsasən, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan […]
Ağdaş
MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş Seçki Dairəsi üzrə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib. Aranxeber xəbər verir ki, MSK üzvü Qabil Orucov bildirib ki, Ağdaş Seçki Dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib. Q.Orucovun sözlərinə əsasən, araşdırma zamanı yalnız 6 […]
Ağdaşın Abad kəndində kəskin bronxit və suçiçəyi yayılıb
Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub. Aranxeber APA-ya istinadən xəbər verir ki, Abad kənd icra nümayəndəsi Lətif Müstafayev mətbuata bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və […]
Ağdaşda gənc qız zəhərlənib
Ağdaş sakini zəhərlənib. Aranxeber xəbər verir ki, rayonun Yuxarı Ləki kənd sakini, 2001-ci il təvəllüdlü Səmədova Aygün Mehman qızının fevralın 16-sı axşam saatlarında yaşadığı evdə anidən səhhəti pisləşib. A. Səmədova təcili Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin olaraq “Menengit” diaqnozu qoyularaq müayinə və müalicə edilib, lakin A. Səmədovanın vəziyyəti yaxşılaşmayıb. Fevralın 17-də səhər saatlarında […]


