Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” markalı avtomobili idarə edən rayon sakini Şəhriyar Şirinov və sərnişin Yevlax rayon sakini Azər Həsənov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Axtarış […]
Beyləqan
Beyləqanda yas mərasimi keçirənlər cərimələndi – FOTO
Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin […]
Baş prokuror Beyləqan və daha 3 rayona yeni prokror təyin edib
Prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. Qeyd edək ki, Rauf Gözəlov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamınının müdafiəsi üzrə şöbəsinin […]
İlham Əliyev yol tikintisinə vəsait ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Aranxeber xəbər verir ki, bununla bağlı AZƏRTAC xəbər yayıb. Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil […]
Beyləqanda yol qəzasında ata ölüb, oğul ağır yaralanıb
Mayın 28-də saat 10:00 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.




