2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, […]
Biləsuvar
Biləsuvarda ağır yol qəzası olub, ölənlər var
Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Aranxeber xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir. Faktla […]
Biləsuvarda qanunsuz silah saxlayan şəxslər tutuldu
Biləsuvar və Qəbələ sakinlərində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən sentyabrın 11-də Mahmudçala adlanan ərazidə qanunsuz ov edən B.Teymurov saxlanılıb və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb. Qəbələ RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində […]
Biləsuvarda nadir quşları ovlayan şəxslər saxlanılıb
Biləsuvar rayonunun Mahmudçala adlanan ərazisində qanunsuz ov edən rayonun Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat verib. Bildirilib ki, həmin şəxslərdən birinin müvafiq sənədləri olmayan ümumilikdə iki ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl […]
Biləsuvarda avtomobil 24 yaşlı piyadanı vurub
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləsuvar rayonunun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Rauf Əliyev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən, həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub. Yaralı qadın müxtəlif bədən xəsarətləri alıb və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.




