Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax şəhəri ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Gürcüstan qeydiyyat nişanlı “Mersedes” markalı qoşqulu yük maşını digər yük maşını ilə toqquşub. Qəza nəticəsində ikincidə olan bir nəfər dünyasını dəyişib. Bu, 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarova Firuzə […]
Yevlax
Beş şəhər və 12 rayona giriş-çıxış dayandırılır – RƏSMİ
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, […]
Yevlaxda COVID-19 xəstəsi aşkarlanıb
Yevlaxda evini tərk edən COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Z.Bəkirovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu aşkarlanıb. Həmin şəxs müəyyən edildiyi ərazidən polis […]
Yevlaxda inzibati bina yanıb
Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 m² olan birmərtəbəli inzibati binanın (bir hissəsi fəaliyyət göstərmir, yararsızdır) fəaliyyət göstərməyən hissəsində tavan 65 m² sahədə və döşəmə 1 m² sahədə yanıb. Aranxeber-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var
Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb. Hadisə Balçılı kəndi istiqamətində baş verib. VAZ markalı iki minik maşınının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü rayon sakini Kərimov Babək Əkbər oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Mehman Qəhrəman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.




