Aranxeber xəbər verir ki, 44 günlük müharibə Azərbaycan tarixində baş vermiş ən şanlı zəfərlərdəndir. Bu şanlı qələbəni bizə bəxş edənlərdən biri də İmişli rayon Qaravəlli kənd sakini Tural Mehman oğlu Babaşovdur. 30 sentyabr 1985-ci ildə Qaravəlli kəndində anadan olan Tural uşaqlıq yaşlarından vətənpərvər, hərbiyə maraqlı biri olmuşdur. Məhz buna görə o, ali məktəbi bitirdikdən sonra […]
İmişli
İmişlidə daha bir küçənin avtomobil yolları əsaslı təmir olundu!
İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir. Növbəti əsaslı təmir işləri Milli Qəhrəman İmamverdi Əliyevin adını daşıyan küçədə aparılmışdır. Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və müxtəlifyönlü səmərəli işlərin reallaşmasının vacibliyi nəzərə alınaraq başlanılan yenidənqurma işləri sürətlə aparılaraq yekunlaşdırılıb. Uzunluğu 650 metrdən ibarət olan avtomobil yoluna 3900 kv.metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə […]
“İmişlidə fiziki məhdudiyyətlilərin möcüzəvi bir şəkildə sağalması tələb olunur”
Son dövrdə İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur, lakin, bu yenilənmələr zamanı fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb. Görülən işlərin davamı olaraq hazırda şəhərin H.Əliyev prospektində və A.Şadlinski küçəsindəki səkilərdə geniş miqyaslı təmir-bərpa işləri aparılır. Belə ki, sağlam piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin […]
İmişlidə pambıq sahələrindən 23 min tondan çox pambıq yığılıb.
İmişlidə pambıq yığımı yekunlaşmaq üzrədir. Artıq sahələrdə sonuncu yığım gedir və hər gün 13-14 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilir. Bu il rayonda 7923.8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən hər hektardan məhsuldarlıq 26.3 sentner olmaqla 19703 ton məhsul toplayan fermerlər cari təsərrüfat ilində də sahələrdən daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli […]
İmişli şəhərinin daha bir küçəsinin avtomobil yoluna asfalt örtük qoyulmuşdur!
Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür. Belə ki, növbəti əsaslı təmir işləri İmişli şəhəri R.Cabbarlı küçəsinin avtomobil yollarında aparılmışdır. Bu yol uzun illərdir təmirsiz olduğundan sakinlərin gediş-gəlişi üçün çətinliklər yaradırdı. Nəhayət, […]




