Aranxeber xəbər verir ki, 44 günlük müharibə Azərbaycan tarixində baş vermiş ən şanlı zəfərlərdəndir. Bu şanlı qələbəni bizə bəxş edənlərdən biri də İmişli rayon Qaravəlli kənd sakini Tural Mehman oğlu Babaşovdur. 30 sentyabr 1985-ci ildə Qaravəlli kəndində anadan olan Tural uşaqlıq yaşlarından vətənpərvər, hərbiyə maraqlı biri olmuşdur. Məhz buna görə o, ali məktəbi bitirdikdən sonra Təlim Tədris Mərkəzində zabitlik kursuna daxil olub və həmin il Leytenant rütbəsi alan Tural N saylı hərbi hissədə tağım komandiri olaraq xidmətə başlayıb. 2009-cu ildə hərbi xidməti uğurla başa vurduqdan sonra ehtiyata buraxılıb.
27 sentyabr 2020-ci ildə müharibə başlayan zaman könüllü şəkildə müharibədə iştirak edib və bir-neçə dəfə yaralansa da döyüş yoldaşlarını tək qoymayıb. Hal-hazırda Şuşada xidmətini davam etdirir. Allah qəhrəman əsgərlərimizi qorusun.
Tural haqqında Kürdəmir Regional Mədəniyyət İdarəsi video reportaj hazırlayıb.
Həmin reportajı açağıdakı linkdə sizə təqdim edirik.



