Baş İmişli

“İmişlidə fiziki məhdudiyyətlilərin möcüzəvi bir şəkildə sağalması tələb olunur”

Son dövrdə İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur, lakin, bu yenilənmələr zamanı fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb. Görülən işlərin davamı olaraq hazırda şəhərin H.Əliyev prospektində və A.Şadlinski küçəsindəki səkilərdə geniş miqyaslı təmir-bərpa işləri aparılır. Belə ki, sağlam piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilərə 6000 metr yeni səki daşları və 5500 kv. metr müasir döşəmə plitələri qoyulmasına baxmayaraq, fiziki məhdudiyyətli şəxslərin səkidən rahat istifadəsi üçün yararlı deyil. Həmçinin qeyd olunan ərazidə yağış sularının axıdılması üçün su ötürücü kanallar da çəkilmişdir.    

Aranxeber  xəbər verir ki, hal-hazırda qeyd olunan ərazilərdə abadlıq-quruculuq işləri çox sürətlə davam etdirilsə də, rayonda fiziki məhdudiyyətli şəxslərin olduğu nəzərə alınmır .