Ölkə Sağlamlıq Sosial

Erkin Qədirli: “Sosial şəbəkələr və digər məlumat məkanları yoxlanılmamış, təxribatsayağı məlumatlarla doludur”

“Bu gün əhalini təşvişə salan əsas məsələlərdən biri xəstəxanalar, tibb müəssisələri, prokurorluq orqanlarını gözdən salmaq üçün yayılan yalan informasiyalardır”. Aranxeber APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklik barədə məlumat verən İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Komitə sədri bildirib […]

Sosial Təhsil

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı təxirə salınıb

Əvvəlki illərin məzunları üçün keçirilməsi nəzərdə tutulan imtahan təxirə salınıb. Aranxeber xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.

Ağcəbədi Region Sosial Ucar Zərdab

Zərdabda 7 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Aranxeber Trend-ə istinadən xəbər verir ki, […]

İqtisadiyyat Ölkə Sosial

Bu məhsullar bahalaşdı – SİYAHI

Azərbaycanda 2020-ci ilin fevralında bahalaşan və ucuzlaşan məhsulların adları açıqlanıb. Aranxeber xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, unun, qarabaşaq və manna yarmasının qiymətində müşahidə edilib. Həmçinin, vermişel və spagettinin, qoyun, toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, sardelkanın, təzə balığın, südün, xamanın, kəsmiyin, yumurtanın, günəbaxan […]

Baş Ölkə Sosial

Prezident İlham Əliyev Bəylər Əyyubovu Təhlükəsizlik Xidmətinin rəisi təyin edib

Prezident İlham Əliyev “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Aranxeber xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb. Dövlət başçısının sərəncamı ilə Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Qeyd edək ki, fərmanla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.