Baş Ölkə Sosial

Prezident İlham Əliyev Bəylər Əyyubovu Təhlükəsizlik Xidmətinin rəisi təyin edib

Prezident İlham Əliyev “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Aranxeber xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb.

Dövlət başçısının sərəncamı ilə Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, fərmanla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.