Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, faktla bağlı Mingəçevir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Qeyd edək ki, ötən gün […]
Etiket: yol qəzası
Kürdəmir. Yol qəzasında ölənlərin sayı 7 nəfərə çatıb
Kürdəmir rayonu ərazisində baş verən ağır yol qəzasında yaralanan şəxs xəstəxanada vəfat edib. Aranxeber APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qeyd edək ki, mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” […]
Goranboyda məktəblini maşın vurub
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. aranxeber.com APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Daewoo” markalı avtomobil vurub. Ağır xəsarət alan 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ölümlə nəticələnən daha bir yol qəzası
Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. aranxeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Savalan kəndi ərazisində şəhər sakini B.Abdurəhmanovun idarə etdiyi “Seat” və Ağdaş rayon sakini Xəqani Nəsirovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə X.Nəsirov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər sürücünün vəziyyəti qənaətbəxşdir.
Saatlıda ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub
Saatlı rayonunun Musalı kəndi ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi müəyyən edilib. aranxeber.com APA-ya istinadən xəbər verir ki, ölən şəxs Saatlı rayonu Nərimankənd kənd sakini 1973-cü il təvəllüdlü Natiq Əliyevdir. Xəsarət alanlar isə Saatlı rayonu Nərimankənd kənd sakinləri – 1998-ci il təvəllüdlü Əliyev Vüsal Fikrəddin oğlu, 1973-cü il təvəllüdlü Əliyev Hafiz Əlimuxtar oğludur.




