İsveçrəli islam alimi Tarik Ramadan ötən gün Parisdə həbs edilib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, o, cinsi zorakılıqda ittiham olunur. Bildirilir ki, ötən ilin oktyabrında iki qadın onun seksual zorakılığına məruz qalması ilə bağlı müraciət edib. Həmin vaxt hüquq-mühafizə orqanları Oksfor Universitetində dərs deyən din alimi ilə bağlı araşdırmaya başlayıb.
Alim ötən gün saxlanılıb, 4 gündən sonra barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə olacaq.
Qeyd edək ki Tarik Ramadan “Müsəlman qardaşları” hərəkatının banisi, misirli siyasi xadim Həsən əl Bənnanın nəvəsidir.



