Prezident İlham Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə müavin təyin edilməsi barədə sərəncam imzalayıb.
Aranxeber-in məlumatın sərəncama əsasən, bu vəzifəyə Mehman Abbas oğlu Baxışov təyinat alıb.
O, 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.
M.Baxışov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə Mehman Baxışova general-mayor hərbi rütbəsi verilib.
Hərbi rütbələri
| s/n | Rütbə | Kim tərəfindənverilib | Əmrlərintarixi |
|---|---|---|---|
| 1 | Leytenant | SSRİ Müdafiə naziri | 26.06.1981 |
| 2 | Baş leytenant | SSRİ Hərbi Donanma komandanı | 12.09.1983 |
| 3 | Kapitan-leytenant (kapitan) | SSRİ Hərbi Donanma komandanı | 23.08.1986 |
| 4 | 3-cü dərəcəli kapitan(mayor) | SSRİ Hərbi Donanma komandanı | 17.07.1989 |
| 5 | 2-ci dərəcəli kapitan (polkovnik-leytenant) | Azərbaycan RespublikasınınMüdafiə naziri | 13.02.1992 |
| 6 | 1-ci dərəcəli kapitan (polkovnik) | Azərbaycan RespublikasınınMüdafiə naziri | 26.02.1996 |
| 7 | General-mayor | Azərbaycan RespublikasınınPrezidenti | 25.06.2013 |
Təltifləri
| s/s | Təltiflərin adı | Kim tərəfindən verilib | Əmrin tarixi |
|---|---|---|---|
| 1 | “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı | SSRİ Müdafiə naziri | 11.01.1988 |
| 2 | “SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley” medalı | SSRİ Ali Sovetin Rəyasət heyəti | 28.01.1988 |
| 3 | “SSRİ Silahlı Qüvvələrində qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli medalı | SSRİ Müdafiə naziri | 29.12.1991 |
| 4 | “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 26.06.2003 |
| 5 | “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley” medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 26.06.2003 |
| 6 | “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 22.06.2004 |
| 7 | “Qüsursuz xidmətə görə” 2 ci dərəcəli medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 25.06.2007 |
| 8 | “Hərbi xidmətlərə görə” medalı | Azərbaycan Respublikasının Prezidenti | 25.06.2008 |
| 9 | “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley” medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 26.06.2008 |
| 10 | “Qüsursuz xidmətə görə” 1 ci dərəcəli medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 23.06.2012 |
| 11 | “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley” medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 24.06.2013 |
| 12 | “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 24.06.2014 |
| 13 | “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 14.12.2017 |
| 14 | “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 26.06.2018 |
| 15 | “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı | Azərbaycan Respublikasının Müdafiə naziri | 26.06.2018 |



