Futbol üzrə Türkiyə Super Liqasında 29-cu tur çərçivəsində “Başakşehir”lə “Qalatasaray” üz-üzə gəlib.
Qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.
Bununla da turnir cədvəlinin lideri olan “Başakşehir” xal sayını 60-a çatdırıb. “Qalatasaray” isə 52 xalla dördüncü pillədə qərarlaşır.
Hazırda “Trabzonspor” 58 xalla ikinci, “Sivasspor” 53 xalla üçüncüdür.
Qeyd edək ki, turnirin sonuna beş tur qalıb və gələcək həftə Trabzonspor ilə Galatasaray qarşılaşacak.



